"Arsenal" 2025-ci ildə yarımmüdafiəsini və hücum xəttini gücləndirmək niyyətindədir. Buna görə də London klubu "Milan"ın 26 yaşlı yarımmüdafiəçisi Teyani Reyndersi və "Nyukasl"ın 25 yaşlı hücumçusu Aleksander İsakı almaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" paylaşıb.

Bildirilir ki, italyan klubu Reyndersi 50 milyon funt-sterlinq dəyərində qiymətləndirir. Eyni zamanda, "topçular" İsak üçün 100 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, bu mövsüm Reynders bütün turnirlərdə 17 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. İsak isə 13 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest