"Real" mətbuatda yayılan məlumatlara baxmayaraq, komandanın baş məşqçisi Karlo Ançelottini istefaya göndərmək fikrində deyil.

"Real" mətbuatda yayılan məlumatlara baxmayaraq, komandanın baş məşqçisi Karlo Ançelottini istefaya göndərmək fikrində deyil.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, Madrid klubunun düşərgəsi Xabi Alosno ilə ilkin razılaşmanın bağlanması, həmçinin Ançelottinin "Kral Klubu"nun direktoru Santyaqo Solari ilə əvəz oluna biləcəyi barədə məlumatları təkzib edir.

"Real"ın prezidenti Florentino Peres italiyalı mütəxəssisə etibar etməkdə davam edir. Onlar arasında konstruktiv dialoqun olduğu vurğulanır.

Qeyd edək ki, İspaniya La Liqasında 13 turdan sonra 30 xal toplayan "Real" ikinci pillədə qərarlaşıb. Çempionlar Liqasının Liqa mərhələsində isə 5 turdan sonra 6 xal toplayaraq və 24-cü sırada yer alıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest