AFFA-nın təşkilatçılığı, "Xudat City" futbol akademiyasının dəstəyi ilə keçirilən "D" kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Matc.az xəbər verir ki, ümumilikdə 3 gün davam edən kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib.

Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev birlikdə təqdim ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest