02 Dekabr 2024, 10:11
FUTBOL
İlk belə məğlubiyyət 1992-ci il mövsümündə Sumqayıt “Xəzər”i ilə səfər matçına təsadüf edib - 0:3.
“Neftçi” Azərbaycan çempionatlarında 20-ci dəfə böyük hesabla uduzub. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.
Bu, Misli Premyer Liqasının XV turuna təsadüf edib. “Ağ-qaralar” öz meydanında “Qarabağ”la görüşüb. Meydan sahibləri 0:3 hesabı ilə uduzublar.
1992-ci ildən ölkə çempionatlarının daimi iştirakçısı olan “Neftçi” 6 dəfə evdə, 14 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə uduzub. İlk belə məğlubiyyət 1992-ci il mövsümündə Sumqayıt “Xəzər”i ilə səfər matçına təsadüf edib - 0:3.