02 Dekabr 2024, 11:16
FUTBOL
“Qarabağ” ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” Yunanıstan çempionatında növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Pirey təmsilçisi Superliqanın 13-cü turu çərçivəsində OFİ-nin qonağı olub.
Görüş “Olimpiakos”un 2:0 hesablı qələbəsi ilə nəticələnib. Hazırda 27 xalı olan pireylilər turnir cədvəlində birinci pillədə qərarlaşıblar.
Qeyd edək ki, “Qarabağ”ın “Olimpiakos”la görüşü yanvarın 31-də Yunanıstanda keçiriləcək.