02 Dekabr 2024, 16:32
FUTBOL
“Lion”un hücumçusu Georges Mikautadzenin evi qarət olub. Matc.az xəbər verir ki, Gürcüstan millisinin üzvünə evində silahlı şəxslər tərəfindən hücum olub.
Forvard xəsarət almasa da, 250 min avro dəyərində əşyaları oğurlanıb. 24 yaşlı futbolçunu konkret olaraq iki nəfər silahla hədələyərək, evdən müxtəlif saatlar və zinət əşyaları aparıblar. Hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Mikautadze “Lion”un “Qarabağ”ı Bakıda 4:1 hesabı ilə məğlub etdiyi Avropa Liqası oyununda dubla imza atıb.