Peşəkar Futbol Liqasının Misli Premyer Liqası, I Liqa və II Liqa yarışlarında həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtləri dəyişdirilib. Matc.az xəbər verir ki, qurumun feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdi:

1. Elxan Səmədov – Peşəkar Futbol Liqasının prezidenti

2. Fernandu Santuş – Milli komandanın baş məşqçisi

3. Tural Piriyev – Futbolun İnkişafı Fondunun icraçı direktoru

4. Volkan Üst – “CBC Sport” telekanalının  baş direktoru

5. Cahangir Həsənzadə – AFFA-nın texniki direktoru

6. Ağasəlim Mircavadov – AFFA-nın Məşqçilər Komitəsinin üzvü

7. Nazim Əliyev – futbol mütəxəssisi

8. Nazim Süleymanov – futbol mütəxəssisi

9. Arif Əsədov – futbol mütəxəssisi

10. Aslan Kərimov – futbol mütəxəssisi

11. Mahmud Qurbanov – futbol mütəxəssisi

Qeyd: Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest