Kilian Mbappe sabiq komandası PSJ-nin borcu ilə bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) intizam komissiyasına müraciət edib. Matc.az xəbər verir ki, daha əvvəl LFP parislilərə yayda “Real”a pulsuz keçən forvarda ödənilməmiş maaş və bonuslar daxil 55 milyon avro ödəməyi tapşırmışdı.
Uğursuz müraciətdən sonra PSJ qərara etiraz etmək üçün Fransa Futbol Federasiyasına (FFF) müraciət etmək qərarına gəlib. Lakin ərizə gec verildiyi üçün rədd edilib. Mbappe PSJ-nin bonus və əmək haqqının ödənilməməsi ilə bağlı LFP intizam komitəsinə müraciət edib. İş üzrə məhkəmə iclası dekabrın 11-nə təyin edilib.
PSJ-nin Mbappeyə 55 milyon avro ödəməsinə etirazı LFP-nin apelyasiya komitəsi tərəfindən rədd edilib. Parislilər pul ödəmək niyyətində deyillər və məhkəməyə hazırlaşırlar.