UEFA “Qarabağ”ı cərimələyib. Matc.az xəbər verir ki, Azərbaycan çempionu ümumilikdə 26 min avro cərimə ödəməli olacaq.

Buna səbəb Avropa Liqasının Bakıda “Ayaks”la keçirilən oyununda yaşananlardı. Niderland təmsilçisi ilə qarşılaşmadakı 3 qırmızı, 5 sarı vərəqəyə görə ağdamlılar 14 min avro cərimələnib. Matçda lazerdən istifadə isə “Qarabağ”ı əlavə 12 min avro ziyana salıb.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ağdamlılarda futbolçular Elvin Cəfərquliyev, Julio Romao və məşqçi Çudomir Çakarov qırmızı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest