İngiltərə millisinin sabiq futbolçusu, hazırda Çempionşip təmsilçisi "Plimut"u çalışdıran Ueyn Runi postundan uzaqlaşdırıla bilər. Matc.az xəbər verir ki, klub rəhbərliyi son nəticələrdən narazıdı.

Bu səbəbdən Runi ilə yolların ayrılması fikri yaranıb. Çempionşipin növbəti turlarında "Oksford Yunayted" və "Suonsi" ilə keçiriləcək oyunlar 39 yaşlı mütəxəssis üçün son şans olacaq.

Qeyd edək ki, "Plimut" hazırda turnir cədvəlində 21-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest