Beynəlxalq Futbol Federasiyası (FİFA) 2025-ci ildə keçiriləcək Kklublararası dünya çempionatının püşkatma mərasimi üçün dörd səbətə ayrılan 32 klubu təsdiqləyib.
Matc.az xəbər verir ki, dekabrın 5-də keçiriləcək püşkatmada komandalar aşağıdaki kimi yer alıb.
1-ci səbət: "Mançester Siti" (İngiltərə), "Real" (Madrid, İspaniya), "Bavariya" (Münhen, Almaniya), PSJ (Fransa), "Flamenqo" (Braziliya), "Palmeyras" (Braziliya), "River Pleyt" (Argentina), "Fluminense" (Braziliya).
2-ci səbət: "Çelsi" (İngiltərə), "Borussiya" (Dortmund, Almaniya), "İnter" (İtaliya), "Porto" (Portuqaliya), "Atletiko" (Madrid, İspaniya), "Benfika" (Portuqaliya), "Yuventus" (İtaliya), "Red Bull Salzburq" (Avstriya).
3-cü səbət: "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Ulsan" (Cənubi Koreya), "Əl-Əhli" (Misir), "Vidad" (Mərakeş), "Monterrey" (Meksika), "Leon" (Meksika), "Boka Xuniors" (Argentina), "Botafoqo" (Braziliya).
4-cü səbət: "Urava Red Daymonds" (Yaponiya), "Əl-Ayn" (BƏƏ), "Esperanse" (Tunis), "Mamelodi Sandaunz" (Cənubi Afrika), "Paçuka" (Meksika), "Seattle Saunders" (ABŞ), "Oklend Siti" (Yeni Zelandiya), "İnter Mayami" (ABŞ).
Qeyd edək ki, klublararası dünya çempionatı 2025-ci ildə (15 iyun - 13 iyul) ABŞ-da keçiriləcək. Tarixdə ilk dəfə həmin yarışda 32 klub iştirak edəcək.