"Bavariya"nın 38 yaşlı qapıçısı Manuel Noyer karyerasında ilk dəfə Almaniya kubokunun 1/8 finalında "Bayer"lə matçın 17-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.

Matc.az xəbər verir ki, Noyer cərimə meydançasından kənarda rəqibin müdafiəçisi Jeremi Frimponqu çiyniylə vuraraq əks-hücumu pozub. Bundan sonra o, rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, 38 yaşlı qolkiper 2011-ci ildən "Bavariya"da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 539 qarşılaşmada iştirak edib, 255-də qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest