“Real” mövsümün sonunda yarımmüdafiəçi Luka Modriçlə yollarını ayıracaq. Matc.az xəbər verir ki, Xorvatiya millisinin kapitanı özü bu fikrə gəlib.

39 yaşlı orta sahə oyunçusu az oyun şansı əldə etdiyi üçün bu qərarı verib. Ancaq Modriç karyerasını bitirməyi düşünmür. O, Xorvatiya və ABŞ-da oynamaq variantları arasında seçim edəcək.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real”ın formasını geyinir. Yarımmüdafiəçinin müqaviləsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest