Asiya Çempionlar Liqasında VI turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası “Yohor Darul Tazim” növbəti görüşünə çıxıb.

Malayziya təmsilçisi Tailandın “Buriram Yunayted” kollektivini qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Start heyətində meydana çıxan İsrafilov oyunu əvəz edilmədən keçirib.

“Yohor Darul Tazim” 6 turdan sonra 8 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest