"Bavariya" rəhbərliyi komandanın aparıcı futbolçularından olan Camal Musiala ilə yeni müqavilə imzalayacaq. Matc.az xəbər verir ki, tərəflər arasındakı danışıqların müsbət nəticələndiyi bildirilir.

Almaniyalı hücumameyilli yarımmüdafiəçi Münhen klubunda ən çox qazanan futbolçu olacaq. İmzalanacaq yeni 4-5 illik sözləşmədən sonra Camalın illik maaşı 25 milyon avroya çatacaq.

Qeyd edək ki, Camal Musialanın “Bavariya” ilə hazırkı anlaşmasının müddəti 2026-cl ilin yayınadək nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest