"Qarabağ"ın veteran futbolçusu, klubun akademiyasında qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərmiş Ənvər Axundov dünyasını dəyişib. Matc.az xəbər verir ki, o, 71 yaşında həyatla vidalaşıb.

Bu haqda Ağdam təmsilçisinin yaydığı məlumatda qeyd olunub.

"Qarabağ" Futbol Klubu Ənvər Axundovun vəfatından kədərləndiyini bildirib, mərhuma Allahdan rəhmət diləyib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Ə.Axundob 1970-80-ci illərdə “Qarabağ”da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest