05 Dekabr 2024, 10:20
FUTBOL
Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da müəyyənləşib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsi 2024/25 mövsümünün ilk penaltilər seriyası ilə əlamətdar olub. Matc.az xəbər verir ki, “Sabah” “Turan Tovuz”la səfərdəki dueldən qalib ayrılıb (2:2, pen. 3:1).
Bu, kubokun 33 mövsümündə yaşanan 34-cü belə matç olub. Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da müəyyənləşib. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, p. 5:4), “Şəfa” “Şəmkir”ə (1:1, pen. 5:3) qalib gəlib.
Qeyd edək ki, həm “Sabah”, həm “Turan Tovuz” ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.