“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın futbolçusu Kevin de Bruyne haqda danışıb. Matc.az xəbər verir ki, o, Premyer Liqanın 14-cü turunun “Nottingem Forest”ə qarşı oyununda belçikalı yarımmüdafiəçinin çıxışını dəyərləndirib.

“Kevin əla oyun keçirdi. De Bruynenin olması komandanın oyununa müsbət təsir edir”, - deyə Pep qeyd edib.

Qeyd edək ki, “Mançester Siti”nin 3:0 hesablı qələbəsi ilə nəticələnən qarşılaşmada qollardan birinə məhz de Bruyne imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest