Bu gün klublararası dünya çempionatının püşkü atılacaq. Matc.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq püşkatma mərasimi Mayamidə (ABŞ) keçiriləcək.
Gələn ilin 15 iyun-13 iyul aralığında təşkil olunacaq turnir tarixdə ilk dəfə 32 klubun iştirakı ilə reallaşacaq. Püşkatma öncəsi komandaların səbətləri müəyyənləşib. Komandalar hər birində 8 olmaqla 4 səbətə bölünüb.
1-ci səbət: “Mançester Siti” (İngiltərə), “Real” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “Flamenqo” (Braziliya), “Palmeyras” (Braziliya), “Kaliforniya River Pleyt” (Argentina), “Fluminense” (Braziliya);
2-ci səbət: “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “İnter” (İtaliya), “Portu” (Portuqaliya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Yuventus” (İtaliya), “Zalsburq” (Avstriya);
3-cü səbət: “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Ulsan HD” (Cənubi Koreya), “Əl-Əhli” (Misir), “Vidad AK” (Mərakeş), “Monterrey” (Meksika), “Leon” (Meksika), “Boka Xuniors” (Argentina), “Botafoqo” (Braziliya);
4-cü səbət: “Urava Red Daymonds” (Yaponiya), “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri), “Esperans Sportiv de Tunisi” (Tunis), “Mamelodi Sandauns” (Cənubi Afrika Respublikası), “Paçuka” (Meksika), “Sietl Saunders” (ABŞ), “Oklend Siti” (Yeni Zelandiya), “İnter Mayami” (ABŞ).