05 Dekabr 2024, 14:33
FUTBOL
“Milan” 125 illiyinə həsr olunmuş formaları təqdim edib. Matc.az xəbər verir ki, yeni forma retro dizaynındadı.
Komanda yeni dəst forması ilə ilk oyununu dekabrın 15-də A Seriyasının XVI turunda “Cenoa” ilə görüşdə keçirəcək. Həmin formalardan klubun yaranma tarixinə uyğun olaraq rəmzi mənada 1899 ədəd istehsal olunub. Formaların hər biri unikal seriya nömrəsinə və eksklüziv qablaşdırmaya malikdi.
Bu, “rossonyerlər”in 1899, 1950 və 1980-ci illərdə geyindiyi formaların oxşarıdı.