Türkiyə millisinin hücumçusu Kənan Yıldız uzun müddət “Yuventus”da qalacaq. Matc.az xəbər verir ki, bunu İtaliya klubunun marketinq direktoru Mayk Armstronq açıqlayıb.

O bildirib ki, 19 yaşlı forvard turinlilər üçün vacib futbolçudu: “Kənana 10 nömrəli forma layiq görülüb. Bu, onun potensialına verdiyimiz dəyərdi. Yıldızla bağlı uzunmüddətli planlarımız var. Çox gənc olduğundan, çox təzyiq etmirik. Gələcəkdə kluba daha yaxşı uyğunlaşacaq”.

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm İtaliya A Seriyasında keçirdiyi 14 oyunda 3 qol vurub. Onun “qoca sinyora” ilə müqaviləsi 2029-cu ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest