Pol Poqbanın yeni klubu olmağa namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, Fransa millisinin sabiq üzvünün karyerasını ölkəsində davam etdirmək ehtimalı olduqca yüksəkdi.

Onun dopinqə görə diskvalifikasiya müddəti 2025-ci ilin martında başa çatacaq. Hazırda azad agent olan Poqbanın “Marsel”lə anlaşmaq ehtimalı daha real görünür. Onu istəyən klublar arasında Moskva “Torpedo”su da var. “Torpedo”nun idman direktoru Ari yerli mətbuata açıqlamasında 31 yaşlı dünya çempionunun onlara keçmək variantını nəzərdən keçirəcəklərini etiraf edib.

Futbolçu ilə “Fənərbaxça” da maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest