"Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev futbolçuları Denis Marandiçinin durumu haqda danışıb.

"Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev futbolçuları Denis Marandiçinin durumu haqda danışıb. 

Matc.az xəbər verir ki, o, açıqlamasında 28 yaşlı moldaviyalı müdafiəçinin əməliyyat olduğunu bildirib:

"Əməliyyatı uğurlu keçib. Bir neçə gün xəstəxanada qalacaq, ondan sonra ev şəraitində bərpa olunmağa göndəriləcək. Klub rəhbərliyinin və işçilərinin nəzarəti altındadır. Onun tez bir zamanda meydançaya qayıtması üçün əlimizdən gələni edirik. Əməliyyat edən həkim də ən güclülərdən biridir. Bundan sonra müalicə və reabilitasiya prosesi var. Ona da həkimlərimiz nəzarət edəcəklər". 

Qeyd edək ki, Denis Marandiçinin yaşıl meydançalara nə vaxt qayıdacağı bəlli deyil. O, Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a qarşı oyunda ağır zədə alaraq oyunu tərk etmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest