05 Dekabr 2024, 20:20
FUTBOL
"Turan Tovuz"dan daha bir nəcib addım.
Matc.az xəbər verir ki, bilet satışı həyata keçirən azsaylı klublarımızdan olan Tovuz təmsilçisi tərəfindən hər oyundan əvvəl şəhərin insanların sıx olduğu müxtəlif yerlərinə oyunla bağlı afişa vurulur.
Bundan öncəki afişalar adi yazılardan ibarət olsa da, "Şamaxı" ilə oyunöncəsi posterdə "Sabah"la qarşılaşmada ağır zədə alan Denis Marandiçinin şəkilləri yer alıb. Artıq bilet satışına da başlayan klub şəhər və ətraf kəndlərə 100-dən artıq afişa yerləşdirib.