"Barselona" yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktoru qeydiyyatdan keçirməyə imkan verəcək 200 milyon avroluq yeni iqtisadi rıçaqı aktivləşdirmək üçün danışıqların son mərhələsindədir.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu Olmonun qeydiyyatını 18-19 yanvar 2025-ci il tarixinə qədər yeniləməlidir. Bununla belə, "Barselona" yanvarın 2-də İspaniyada açılacaq qış transfer pəncərəsi başlamazdan əvvəl futbolçularını qeydiyyatdan keçirmək niyyətindədir.

Həmçinin, İspaniya klubu qış transfer pəncərəsi başlamazdan əvvəl Gavi və Pedri ilə də müqavilənin uzadılmasını qeydiyyatdan keçirmək istəyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest