05 Dekabr 2024, 21:06
FUTBOL
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"də çıxış edən Altay Bayındırı transfer eymək istəyir.
"Qalatasaray" türk qapıçı üçün İngiltərə klubu ilə danışıqlara başlayıb. "Sarı-qırmızılar" 26 yaşlı qolkiperi qışda heyətinə qatmağa çalışacaq.
Premyer Liqa təmsilçisində əsas heyətə düşə bilməyən futbolçu özü də ayrılmağa və "Qalatasaray"a keçməyə isti yanaşır.
Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 2 rəsmi matçda meydana çıxıb.