“Neftçi”nin qış fasiləsində heyətinə cəlb etmək istədiyi futbolçulardan birinin adına aydınlıq gəlib. Matc.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” həmin ölkənin “Ordabasi” klubunda çıxış edən Cəsurbek Yaxşiboyevə elçi düşüb.

Paytaxt klubunun sağ vinger mövqeyindəki problemi məhz 27 yaşlı futbolçu ilə həll etmək istədiyi vurğulanıb. Yaxşiboyevlə danışıqlara artıq start verilib. Özbəkistan millisinin üzvü ilə razılıq əldə olunsa, yanvarda keçid baş tutacaq. Çünki onun “Ordabasi” ilə müqaviləsi bu ayın sonuna qədərdi. Yəni hücumçu Premyer Liqa təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, Cəsurbek Yaxşiboyev bu mövsüm “Ordabasi”nin heyətində 9 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest