06 Dekabr 2024, 10:11
FUTBOL
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne ABŞ-a köçə bilər. Matc.az xəbər verir ki, Belçika millisinin üzvü MLS-in bir neçə komandasının maraq dairəsindədi.
“İnter Mayami” və “Nyu-York Siti” 33 yaşlı pleymeykeri heyətinə qatmaq fikrindədi. Adıçəkilən komandalar yanvarda ulduz futbolçu uğrunda mübarizə aparacaqlar. De Bruynenin “City Football Group”un klublarından birində keçməsi də istisna edilmir.
Qeyd edək ki, De Bruyne bu mövsüm 11 oyunda 2 qol vurub, eyni sayda assist edib. O, “İnter Mayami”yə keçsə, Lionel Messi, Luis Suares, Jordi Alba və Serxio Busketslə komanda yoldaşı olacaq.