Qarşılaşma HİK-in 1:6 hesablı məğlubiyyəti ilə nəticələnib.

Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi HİK klubu yoxlama oyununda qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, Finlandiya təmsilçisi İsveçin "Dyurqarden" klubu ilə qarşılaşıb.

Görüşdə 40 dəqiqədən ibarət 3 hissə oynanılıb. Qarşılaşma HİK-in 1:6 hesablı məğlubiyyəti ilə nəticələnib.

Ozan Can oyuna start heyətdə çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Komandasına penalti qazandıran Kökçü meydandan çıxarkən komandası 1:0 hesabı ilə öndə olub.

65-ci dəqiqədən sonra Finlandiya təmsilçisində bütün oyunçular əvəzlənib və ikinci heyətə şans verilib. Bundan sonra HİK qapısından 6 top buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest