Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Sadio Mane yenidən Avropada oynaya bilər. Matc.az xəbər verir ki, seneqallı futbolçunun İtaliyaya köçmək variantı var.

Belə ki, “Liverpul”un keçmiş oyunçusu ilə hazırda “İnter” yaxından maraqlanır. Hücum xəttini gücləndirmək istəyən milanlılar bu problem Mane ilə aradan qaldırmaq niyyətindədilər.

Qeyd edək ki, Manenin “Əl-Nəsr” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest