06 Dekabr 2024, 11:53
FUTBOL
PSJ rəhbərliyi komandanın qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə barədə danışıqları dayandırıb. Matc.az xəbər verir ki, Paris təmsilçisi qolkiperin hazırkı səviyyəsinin onun tələb etdiyi maaşa uyğun olmadığı qənaətinə gəlib.
25 yaşlı qapıçının "Milan"a qayıtmaq ehtimalı artıb. Donnarummanın İtaliyaya dönməyə razı olduğu bildirilir.
Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-nin formasını geyinir.