06 Dekabr 2024, 12:32
FUTBOL
B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.
Bu gün 17 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.
İkinci mərhələnin oyunlarının 2025-ci ilin martında keçirilməsi planlaşdırılır.