"Fiorentina"nın xəstəxanada olan futbolçusu Edoardo Boveyə ürək dayanmasının qarşısını alan defibrilyator qoşulacaq. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatında məlumat yayılıb.

22 yaşlı yarımmüdafiəçi həkimlərin məsləhəti ilə razılaşıb. Bildirilib ki, əməliyyatdan sonra Bovenin sağlamlığı üçün təhlükə aradan qaldırılacaq. Sadəcə, İtaliya kardiologiya normalarına əsasən, defibrillyator quraşdırılmış futbolçular oyunlarda iştirak edə bilməzlər.

Qeyd edək ki, Bove "İnter"lə çempionat matçında huşunu itirdiyi üçün reanimasiyaya yerləşdirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest