06 Dekabr 2024, 14:21
FUTBOL
İngiltərənin “Arenal” klubu heyətini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, “topçular” "Vulverhempton"un hücumçusu Mateus Kunyanı sıralarına cəlb etməyi planlaşdırır.
London klubu artıq qarşı tərəfə rəsmi təkliflə müraciət edib. İngiltərə mətbuatı bu keçidin baş tutmaq ehtimalını yüksək dəyərləndirir.
Mateusun hazırkı komandası ilə müqaviləsi 2027-ci ilin yayına qədərdi.
Qeyd edək ki, Kunya cari mövsümdə 15 oyunda 7 dəfə fərqlənib.