06 Dekabr 2024, 15:48
FUTBOL
“Milan”ın baş məşqçisi Paulo Fonseka komandanın aparıcı oyunçularından sayılan Rafael Leaodan narazıdı. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis açıqlamasında portuqaliyalı hücumçu haqda fikirlərini bildirib.
Fonseka qeyd edib ki, Leaonun böyüməsi üçün hələ vaxt var: “Son matçlarda müdafiədə də yaxşı çıxış etdi, amma mən yenə də ondan tam razı deyiləm. Meydanda daha çox iş görə biləcəyini düşünürəm. 5 qol vurub, halbuki 20 qol vurmağa can atmalıdı. Potensialı olan futbolçu özünə qarşı daha tələbkar davranmalıdı”.
Qeyd edək ki, 25 yaşlı Leao 2019-cu ildən “Milan”ın uğurları üçün çalışır.