"Neftçi" dünyanın ən yaxşı idmançılarının rəsmi oyunlarda geyindikləri və imzaladıqları unikal köynəklərin hərrac yolu ilə satışında qlobal lider olan "MatchWornShirt" ilə əməkdaşlığa başlayıb.

Matc.az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində paytaxt klubunun oyunlarda geyinilmiş və imzalanmış formaları hərrac vasitəsilə azarkeşlərə təqdim olunacaq.

Bu, azarkeşlərə sevimli komanda və oyunçularının xatirə əşyalarını əldə etmək üçün unikal fürsət yaradır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest