06 Dekabr 2024, 20:20
FUTBOL
"İnter Mayami"nin ortaq sahibi Xorxe Mas "Əl-Hilal"ın hücumçusu Neymarla bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, o, mümkün olduğu təqdirdə Neymarı kluba dəvət edib-etməməsi sualına cavab verib.
"Əsas odur ki, bu imkan mövcud olsun. Hazırda Neymar "Əl-Hilal"ın futbolçusudur. O, bizim üçün əlçatan deyil. Mən həmişə demişəm ki, biz çalışırıq ki, komandamıza böyük oyunçular cəlb edək. Bizim heyət baxımından bir çox məhdudiyyətimiz var, amma büdcəmiz qeyri-məhduddur.
Nə vaxtsa Neymar kimi oyunçunu dəvət etmək fürsəti yaranarsa, tərəddüd etmərik. Bu, təkcə məndən asılı deyil. Bu, oyunçudan və liqadan asılıdır. Amma bəli, biz əla heyət formalaşdırmağa çalışırıq".