Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappe hesab edir ki, insanlar tez-tez onun haqqında etibarsız məlumatlara əsaslanaraq nəticə çıxarırlar.

Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappe hesab edir ki, insanlar tez-tez onun haqqında etibarsız məlumatlara əsaslanaraq nəticə çıxarırlar.

Matc.az xəbər verir ki, o, bu barədə "Channel+" nəşrinə açıqlama verib.

"İnsanların mənim haqqımda dediklərinə münasibətim necədir? Problem ondadır ki, ulduz olanda insanlar tez-tez sizin yerinizə danışırlar. Heç kimlə danışmadığım halda, hər gün mediada bir məlumat çıxır. Buna görə də bu müsahibəni vermək qərarına gəldim. Bəzən danışmaq lazımdır. İnsanların sizi başa düşməsi lazımdır".

Qeyd edək ki, bu mövsüm Mbappe bütün turnirlərdə 20 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest