AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Matc.az xəbər verir ki, o, UEFA Avropa Liqasının VI turu çərçivəsində keçiriləcək "Fənərbaxça" (Türkiyə) – "Atletik" (İspaniya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 11-də İstanbulda yerləşən "Şükrü Saracoğlu" stadionunda baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest