07 Dekabr 2024, 19:31
FUTBOL
Parisdə idman tarixində iz qoymuş 200-ə yaxın əşya hərraca çıxarılacaq.
Matc.az xəbər verir ki, idman kolleksiyaçıları üçün əlamətdar tədbir dekabrın 15-də keçiriləcək.
Hərracın əsas əşyası 1998-ci ildə futbol üzrə dünya çempionatının Fransa - Braziliya finalında Ronaldo Nazarionun 9 nömrəli forması olacaq ki, onun satışından 40-80 min avro arasında məbləğ əldə ediləcəyi gözlənilir.
Əfsanəvi Dieqo Maradonanın təxminən 4 santimetr uzunluğunda saçlarının isə təxminən 50 min avroya satıla biləcəyi ehtimal edilir.
Qeyd edək ki, digər əşyalar arasında Rocer Federerin 2005-ci ildə Uimbldon finalında istifadə etdiyi raketkalardan biri və Evander Hollifildin 1996-cı ildə dünya çempionu kəməri də var.