İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
Lider "Barselona" səfərdə "Betis"lə heç-heçə edib. "Real" isə "Jirona"ya böyük hesabla qalib gəlib.
Türkiyə millisinin üzvü, Madrid təmsilçisində az oyun şansı alan Arda Güler bu görüşdə meydana start heyətdə çıxıb. O, 55-ci dəqiqədə qol vurub. Bu, 19 yaşlı yarımmüdafiəçinin La Liqanın cari mövsümündə ilk qoludur.
Qeyd edək ki, hazırda turnir cədvəlinin 1-ci pilləsindəki "Barselona"nın 38 xalı var (17 oyuna). "Real" 36 xalla 2-ci (16 oyuna), "Atletiko" isə 32 xalla (15 oyuna) 3-cüdür.
La Liqa
17-ci tur
7 dekabr
"Las Palmas" – "Valyadolid" - 2:1
Qollar: Ramirez, 20, 64 // Mendonka, 45
"Betis" – "Barselona" - 2:2
Qollar: Selso, 68-pen; Diao, 90+4 // Levandovski, 39, Torres, 82
"Valensiya" – "Rayo Valyekano" - 0:1
Qol: Çiss, 7
"Jirona" – "Real" - 0:3
Qollar: Bellinqem, 36, Güler, 55, Mbappe, 62