"Yuventus" "Feyenoord"un müdafiəçisi David Qanzkonu keçidini qış transfer pəncərəsi üçün prioritet etmək qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" paylaşıb.

Bildirilir ki, klub rəhbərliyi Qanzkonun zədəli Bremerin yerinə ideal namizəd olduğunu düşünür. Həmçinin bildirilir ki, "Feyenoord"u oyunçunu satmağa inandırmaq asan olmaya bilər, lakin Turin təmsilçisi müqaviləyə Erediviziya klubunda icarə əsasında çıxış edən müdafiəçi Fakundo Qonzalesi də daxil etməyi düşünür.

Qeyd edək ki, Qanzko 2022-ci ildən "Feyenoord"da çıxış edir. Bu mövsüm futbolçu bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər qüvvədədir. "Transfermarkt" portalında müdafiəçinin dəyəri 35 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest