"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunun "Zirə" ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.

"Heç olmasa 2 qol vurmalı idik. Oyuna yaxşı başladıq. İlk dəqiqələrdən hakim qərarsızlığı oyunumuza yaxşı təsir göstərmədi. Əks-hücumda qol buraxdıq. Üzücü oyun oldu. "Zirə"ni təbrik edirəm.

Matc.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 15-ci turunun "Zirə" ilə oyunundan sonra mətbuat konfransında deyib. 

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Oyunun əvvəlində Ehtiram Şahverdiyevə qarşı kobulduq olan epizodun təkrarını izləmisiz?
- Əlbəttə baxmışıq. Rəqib Ehtiramı yüz faiz dartır, vurur. Hakimlər zəif komandalarda qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq.

- Luis Paçunun zədələnməsi oyununuza təsir etdi?
- Deməzdim. Orxan Əliyevin yüz faizli 3 epizodu oldu. O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir. Həmin epizodlarda konsentrasiya istənilən kimi deyildi.

- Komanda 9-cu pillədədir. Qışda nələri dəyişmək istəyirsiz?
- Yuxarı pillə ilə də çox böyük məsafəmiz yoxdur. Gücləndircəyimiz mövqelər olacaq. Hələ bu barədə danışmaq tezdir. Qarşıda 2 oyun var. Bu matçları xal baxımından yaxşı dəyərləndirmək lazımdır.

- Premyer Liqada qalmaq sizin üçün uğur sayılacaq?
- Klubun strategiyası Premyer Liqada qalmaqdır. Yuxarı qalxsaq, bizim uğurumuz olacaq. Çox işləmək, səhvləri minimuma endirmək lazımdır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest