09 Dekabr 2024, 12:12
FUTBOL
"Çelsi"nin futbolçusu Koul Palmer Premyer Liqada rekord müəllifi olub. Matc.az xəbər verir ki, o, bunu 15-ci tur çərçivəsində "Tottenhem"lə səfər matçında penaltidən iki qol vurmaqla reallaşdırıb.
Palmer İngiltərə çempionatında buvaxtadək yerinə yetirdiyi 12 penaltinin hamısını qola çevirib. Nəticədə Koul 100 faizlik göstərici ilə Premyer Liqanın rekordçusu olub. Buna qədər ən yaxşı göstərici 11 penaltini qola çevirmiş Yaya Tureyə aid idi.
Qeyd edək ki, "Tottenhem" - "Çelsi" qarşılaşması qonaqların 4:3 hesablı qələbəsi ilə nəticələnib.