İngiltərə Premyer Liqasının XV turunda “Brayton”la oyun “Lester”in kapitanı Ceymi Vardi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, veteran futbolçu görüşdə 1 qol və 1 məhsuldar ötürmə verməklə buna nail olub.

Komandası 0:2 hesabı ilə geridə olarkən 86-cı dəqiqədə toru silkələyən İngiltərə millisinin sabiq üzvü 90+1-ci dəqiqədə assist müəllifi olub və “Lester”ə 1 xal qazandırıb.

Vardi bununla Premyer Liqa tarixində bir matçda həm qol vuran, həm də məhsuldar ötürmə verən ən yaşlı futbolçu olub. O, 37 yaş 332 günlüyündə bunu bacarıb. Vardi yalnız “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Rayan Giqqzdən geri qalır. Uelsli 2011-ci ildə 38 yaş 22 günlüyündə “Fulhem”lə qarşılaşmada 1 qol vurub, 2 assist edib.

Qeyd edək ki, “Lester” hazırda 14 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest