09 Dekabr 2024, 13:54
FUTBOL
İngiltərə Premyer Liqasının XV turunda “Fulhem”in qonağı olan “Arsenal” 1:1 hesablı heç-heçə edib. Matc.az xəbər verir ki, “topçular”ın qolunu 52-ci dəqiqədə künc nöqtəsindən ötürmədən sonra Vilyam Saliba vurub.
London klubu bununla 2024-cü ildə kornerdən vurduğu qol sayını 15-ə çatdırıb və 2023-cü ildəki özünəməxsus rekordu təkrarlayıb.
Qeyd edək ki, “Arsenal” 29 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.