Türkiyənin daha bir futbol klubu 2024/25 mövsümü ölkə kuboku uğrunda yarışda iştirak etməyəcəyini açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, "Kasımpaşa"nın bu yarışa qatılmayacağı haqda dekabrın 7-də federasiyaya məktub ünvanlanıb. Federasiya bu səbəbdən həmin klubun kubok yarışında oynamayacağını elan edib.

Qeyd edək ki, daha öncə "Fənərbağça" da bu yarışda iştirakdan imtina etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest