Türkiyə yığmasının futbolçusu Kənan Yıldız “Yuventus”dan ayrıla bilər. Matc.az xəbər verir ki, 19 yaşlı hücumçunun karyerasını İngiltərədə davam etdirmək variantı gündəmə gəlib.

Belə ki, Kənanla “Liverpul” yaxından maraqlanmağa başlayıb. “Qırmızılar” Yıldızı transfer etməklə komandanın hücum xəttini bir qədər də gücləndirmək niyyətindədi. Lakin bu keçid “Liverpul” rəhbərliyinə heç də asan başa gəlməyəcək. Məsələ burasındadı ki, türkiyəli forvard “Mançester Yunayted” və PSJ-nin də diqqət mərkəzindədi.

Qeyd edək ki, Kənan Yıldız 2023-cü ildən Türkiyə yığmasının da üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest