“Real”ın heyətində ciddi itki baş verib. Matc.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Ferland Mendi zədələnib.

Fransalı müdafiəçi İspaniya çempionatının 17-ci turunda "Jirona"ya qalib gəldikləri (3:0) oyunda sıradan çıxıb. Mendi sağ ayaq əzələsindən zədə alıb.

Tibbi müayinədən keçən 29 yaşlı müdafiəçinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest