“Qalatasaray”ın iki futbolçusu sıradan çıxıb. Matc.az xəbər verir ki, söhbət Barış Alper Yılmaz və Viktor Osimhendən gedir.

Hər iki futbolçu Superliqanın 16-cı turunda “Sivasspor”la oyunda (3:2) zədələniblər. Tibbi müayinədən sonra Barış Alperin 3, Osimhenin isə 2 həftə komandasına kömək edə bilməyəcəyi müəyyənləşib.

Qeyd edək ki, Barış cari mövsümdə 22 oyunda 7 qol, Osimhen isə 13 matçda 10 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest